Bakıda 20-yə yaxın oğurluq və quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda 20-yə yaxın oğurluq və quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
14:52 13 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Kənan Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyatçıları şəhər ərazisində çoxsaylı oğurluq və quldurluq hadisələri törətməkdə şübhəli bilinən 19 yaşlı Bayramov Kənan Ədalət oğlunu həbs edib. İlkin məlumata görə, həmin şəxsin cinayətlərinin sayının təxminən 20-yə yaxın olduğu bildirilib.K.Bayramov qeyd edib ki, oğurladığı siqareti sataraq onun pulu ilə kafedə yeyib-içib.
O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR