AZTV-nin əməkdaşı qəza törədib

AZTV-nin əməkdaşı qəza törədib
15:02 13 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ AZTV əməkdaşının idarə etdiyi avtomobil "London taksisi" ilə toqquşub.
"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda Mehdi Hüseyn küçəsində baş verib.
Məlumata görə, "Chery" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yol kənarında dayanmış "London taksisi"nə çırpılıb.
Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.
Qeyd edək ki, "Chery" markalı avtomobili idarə edən şəxs AZTV-də sürücü vəzifəsində çalışır.





Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-aztv-nin-emekdasi-qeza-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR