Siyəzəndə yol qəzası baş verib, bir ailənin üç üzvü xəsarət alıb

Siyəzəndə yol qəzası baş verib, bir ailənin üç üzvü xəsarət alıb
15:07 13 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən. 13 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Şimal bürosunun məlumatıəna görə, hadisə Bakı-Quba magistralının rayon ərazisindən keçən hissəində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mamed Sultan oğlu Kazımov idarə etdiyi “Nissan-Tida” markalı, 90-SD-656 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın bir neçə dəfə çevrilərək aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər – sürücü M.Kazımov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəvayət Salman qızı kazımova və onun qızı Cəmilə Mamed qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb. 


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/siyezende-yol-qezasi-bas-verib-bir-ailenin-uc-uzvu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR