Bir çarpayıda 2 xəstə yatır - Azərbaycanda

Bir çarpayıda 2 xəstə yatır - Azərbaycanda
15:12 13 Oktyabr 2016
250 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Nadir İsmayılovun mətbuata verdiyi açıqlama birmənalı qarşılanmayıb.

Belə ki, professor müsahibəsində qeyd edib ki, hazırda Maştağadakı psixoloji mərkəz 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var. Sual olunur ki, bəs yerdə qalan 350 nəfər harada yatır və necə qidalanır?

Milli.Az bildirir ki, məsələ ilə bağlı professor Nadir İsmayılov femida.az-a açıqlama verib. Onun sözlərinə görə, rayonlarda olan mərkəzlərdə təmir işləri getdiyi üçün orada olan xəstələr də Maştağaya köçürülüblər. Amma bu onların yerləşməsində problem yaratmayıb. 

"Həmin mərkəz müasir üslubda qurulub. Nə olsun ki, çarpayılar azdır. Lazım gəlsə, orada 3000 xəstə də yerləşdirmək olar. Bunu qabartmağa ehtiyac yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR