"Qarabağ"ın rəqibi müdafiəçi alır

"Qarabağ"ın rəqibi müdafiəçi alır
15:12 13 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Fiorentina" heyətini gücləndirmək niyyətindədir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Florensiya klubu "Makkabi"nin müdafiəçisi Tal Ben-Haimlə maraqlanır.

"Fiorentina" təcrübəli müdafiəçini qış "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır. Ben-Haimin alınmasını komandanın baş məşqçisi Paulo Souza tələb edib.
 
"Makkabi"nin bu keçidə görə qarşı tərəfdən 5-6 milyon avro tələb etdiyi bildirilir.
 
Qeyd edək ki, "Fiorentina" AL-də "Qarabağ"la keçirdiyi ilk matçda 5:1 hesablı qələbə qazanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR