İraq Türkiyəyə nota verdi

İraq Türkiyəyə nota verdi
15:33 13 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı İraq Xarici İşlər Nazirliyinə çağırılaraq nota təqdim edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, notada Türkiyənin Başikadakı hərbi varlığına etiraz ifadə olunub.

Mosulun İŞİD-dən təmizlənməsi üçün əməliyyata günlər qaldığı bir vaxtda Ankara-Bağdad xəttində gərginlik artır. Bağdad Başikadakı türk əsgərlərinin geri çəkilməsini tələb edir.

Türkiyə isə əsgərlərin bölgədə qalacağını və Mosul əməliyyatına qatılacağını bir neçə dəfə bəyan edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR