Növbədənkənar seçkilər 2017-ci ilin aprelində olacaq

Növbədənkənar seçkilər 2017-ci ilin aprelində olacaq
15:53 13 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Ankarada siyasi kulislərdə növbədənkənar parlament seçkilərindən danışıldığı bir vaxtda, Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu seçkilərin tarixini açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP sədri partiya qərargahlarına seçkilərin 2017-ci ilin aprelində keçiriləcəyini bildirib.

Məlumata görə, Ankara kulislərində növbədənkənar seçkilərin 2017-ci ildə keçiriləcəyi yüksək səslə ifadə edilir. 2019-cu ildə keçirilməli olan seçkilərin erkən bir tarixə keçirilməsinə heç bir partiya etiraz etmir. Türkiyə Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Baxçalının da partiya qərargahlarına “hazır olun” təlimatı verib. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) da belə bir ssenariyə hazırdır.

Türkiyə Mərkəzi Seçki Komissiyası mümkün görünən seçkilərə hazırlıq üçün hərəkətə keçib. Seçkilərdə istifadə ediləcək kağızların çap edilməsinə oktyabrın 17-də başlanılacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR