"MİDA" MMC-nin gələn il üçün perspektiv inkişaf planı hazırlanacaq

"MİDA" MMC-nin gələn il üçün perspektiv inkişaf planı hazırlanacaq
15:57 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin Müşahidə Şurasının ilk iclası keçirilib. Bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, 5 nəfərdən ibarət olan MŞ-nın tərkibinə Agentliyin vəzifəli şəxsləri, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, əməkdar memar Gülçöhrə Məmmədova, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud daxildir. MŞ-nın sədri isə MİDA-nın direktor müavini Sadiq Sadiqovdur.
İclasda MŞ-nın fəaliyyətinin təşkili ilə bağlı qərarlar qəbul edilib, “MİDA” MMC-nin ötən müddət ərzində fəaliyyəti barədə hesabat dinlənilib və şirkətin 2017-ci ildə perspektiv inkişafı planının hazırlanması ilə bağlı tapşırıq verilib. Bununla yanaşı, MŞ-nın qərarı ilə “MİDA” MMC-nin daxili audit şöbəsinin rəhbəri təyin edilib, şöbənin işinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/mi-da-mmc-nin-gelen-il-ucun-perspektiv-inkisaf-plani-hazirlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR