"Bahalı həyatlarını reklam edirlər" - Muraddan müğənnilərə

"Bahalı həyatlarını reklam edirlər" - Muraddan müğənnilərə
16:05 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Murad Arif müğənniləri tənqid edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Xanımlar saatı" verilişində bahalı həyatını reklam edən ifaçıları kompleksli adlandırıb:

"Maddi imkanının aşağı olmasından çox əziyyət çəkən müğənnilərimiz var. İndi onlar bahalı həyatlarını reklam edirlər. Biri var harasa gedib təsadüfən görünəsən, biri də var istifadə etdiyin brendin adını yazıb göstərəsən. Bilən onsuz bilir bu brenddir, bilməyən adını yazsan da, bilməyəcək. Bu da onlarda olan kasıblıq kompleksidir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR