Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb

Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb
16:17 13 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.
Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-polis-emekdasi-ehtiyatsizliqdan-acilan-ates-neticesinde-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR