Bakıda polis əməkdaşı özünü vurdu

Bakıda polis əməkdaşı özünü vurdu
16:22 13 Oktyabr 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.

Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR