FHN təhlükəsizlik qaydalarını pozan 37 gəmi istifadəçisini cəzalandırdı

FHN təhlükəsizlik qaydalarını pozan 37 gəmi istifadəçisini cəzalandırdı
16:34 13 Oktyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

 

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları Mingəçevir, Gəncə və Şəmkir rayonlarında fəaliyyət göstərən 216 nəfər gəmi istifadəçisinin su nəqliyyatı vasitələrinə səyyar texniki baxış həyata keçirib və onlara aidiyyəti sənədləri təqdim ediblər. 

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, kiçik həcmli gəmilərin dövlət qeydiyyatı, texniki baxışı,  sürücülük vəsiqələrinin alınması və gəmilərin təhlükəsiz istismarı mövzusunda maarifləndirmə tədbirləri də keçirilib.

 

Müfəttişliyin Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi olaraq texniki baxışdan yayınan, təhlükəsiz istismar qaydalarının tələblərini pozan 37 gəmi istifadəçisi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR