Zoologiya İnstitutu: "Bəzi göllərin qurudulması quşların miqrasiyasına təsir edib"

Zoologiya İnstitutu: "Bəzi göllərin qurudulması quşların miqrasiyasına təsir edib"
16:37 13 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Quşların bir necə miqrasiya xətti var, amma bu miqrasiya xətlərində dəyişikliklər yaranıb. Çünki çöllük ərazilərdə binalar tikilib, təsərrüfat sistemləri yaradılıb, bəzi göllər qurudulub.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

E.Yusifov qeyd edib ki, miqrasiya edənlər əsasən, su-bataqlıq quşlarıdır. İnstitut direktorunun sözlərinə görə, quşlar sanki kodlaşdırılmış şəkildə miqrasiya edərək gəlib müəyyən göllərdə, ərazilərdə otururdular:

"Lakin göllərin qurudulduğu ərazilərdə binaların tikilməsi ekosistemə təsir edir. Bakının ətrafında Məhəmmədi kəndində, Kürdəxanıda qurutmalar ekosistemi su-balans sistemini dəyişdirir. Təsir isə əks təsirə malikdir. Bəzi populyasiyalar bilir ki, burada göl var idi, gəlib orada qidalanacaq, amma artıq oraya çatanda gölün olmadığını görürlər. Quşların enerjisi isə artıq davam etməyə çatmır, orada qidalana bilmir, ona görə də ölürlər".

E.Yusifov deyib ki, bu gün Azərbaycanda miqrasiya edən quşlar daha çox Ağgöl Milli Parkı, Biləsuvar-Kürdəmir ərazisindəki Sarısu göllər sistemi və Xəzər dənizi sahili ərazisində otururlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR