Arvadını qarderobda gizlədən Nobel mükafatçısı

Arvadını qarderobda gizlədən Nobel mükafatçısı
16:38 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerika rəssamı, şairi, aktyoru və musiqi müəllifi Bob Dilan son 50 ildə rok musiqisinin ən önəmli simalarından biridir. 2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı alan musiqiçi, həm də qəribəlikləri ilə tanınırdı.

Publika.az Dilanın həyatında baş verən qəribə məqamları təqdim edir:

1. Bir neçə il əvvəl Liverpulda çıxışı zamanı Bob Dilanın (o zaman tək olan) diqqətini gözəl bir qız cəlb edir və onunla danışmağa başlayır. Onu səhnəyə çağıran zaman isə belə deyir: “Konsert belə vacibdirsə, özünüz çıxın səhnəyə. Mən isə hələ bir az da bu qızla danışacam”.

2. Bob Dilanın albomlarının ümumi tirajı 100 milyon diskdən çoxdur. Onun qonorarı 200 milyon funt sterlinqdən çox təşkil edir. Bu, Mik Ceker və Elton Conun qonorarından yüksəkdir.

3. Məşhur musiqiçi qastrol səfərlərinə həmişə itlərini də götürərdi.

4. 2000-ci ildə Sony Record Bob Dilanla görüş təyin edib. Görüş Dilanı tapa bilmədikləri üçün 4 dəfə təxirə salınıb. Axırda onu öz maşının altında uzanmış şəkildə tapıblar. Ona bu haqda xatırladanda isə o, belə cavab verib: “Sizə görüş lazımdırsa, özünüz gəlin”.

5. Bob Dilan tez-tez qastrol səfərlərinə çıxır. 1988-ci ildə bir il ərzində bütün dünyada 100-dən çox konsert vermişdi. Dilanın dilindən: “Bəziləri həyatın bu ritminə dözə bilmir. Amma bu mənim üçün hava-su kimi bir şeydir. Konsert fəaliyyətim mənim enerjili qalmağıma kömək edir”.

6. 1965-ci ildə 2 nəfərin şahidliyi ilə Sara Laundsla evlənən Bob Dilan sonradan bu xəbəri təkzib edir. Onu arvadıyla birlikdə çox nadir hallarda görüntüləmək mümkün olub. Bir dəfə Dilan Vankuverdə konsert zamanı, aparıcıların yaxınlaşdığını görüb arvadını qarderobda gizlədir. 1986-cı ildə isə Bob vokalisti Kerol Dennis ilə evlənir. Bu evlilik haqqında məlumat onlar boşandıqdan 9 il sonra 2001-ci ildə məlum olur.

7. Bob Dilan qastrol zamanı yalnız ucuzlu otellərdə qalmağı üstün tuturmuş. Onun tərsliklərindən biri də səhərlər yatağın dəyişdirilməsini tələb etməsi idi. Yeri gəlmişkən, siz istədiyiniz vaxt “Ebay” onlayn mağazasından musiqiçinin əvvəllər istifadə etdiyi yataq üzlüklərini ala bilərsiz.

Mələk Heydərova






Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/172052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR