Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub
16:52 13 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Sultan Musayev və Hacı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Musayev 7 il 6 ay və H.Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR