Qüdsi Osmanov etimadnaməsini Moldova prezidentinə təqdim edib

Qüdsi Osmanov etimadnaməsini Moldova prezidentinə təqdim edib
16:52 13 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Kişineu. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin prezidenti Nikolae Timoftiyə etimadnaməsini təqdim edib. 
"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səfir Q.Osmanov Prezident sarayında bununla əlaqədar təşkil edilən mərasimdə iştirak edib. 
Görüş zamanı Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 
N.Timofti Q.Osmanovu Moldovaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.





Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/qudsi-osmanov-etimadnamesini-moldova-prezidentine-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR