ATƏT-in Bakı ofisinin fəaliyyəti bərpa oluna bilər

ATƏT-in Bakı ofisinin fəaliyyəti bərpa oluna bilər
16:59 13 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

"ATƏT Azərbaycanla əməkdaşlığı gücləndirməyin yollarını axtarmaqda qərarlıdır. Bura ATƏT-in Bakıda ofisinin yenidən fəaliyyətə başlaması da daxildir".

 

Bu barədə ATƏT-in mətbuat xidmətindən APA-ya ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpa olunmasının mümkünlüyü ilə bağlı verilən açıqlamada bildirilib.

 

Mətbuat xidmətindən onu da qeyd ediblər ki, bununla belə, ofisin fəaliyyət göstərməsi ilə bağlı qərar Azərbaycan, həmçinin ATƏT-ə üzv olan bütün ölkələr tərəfindən dəstəklənməlidir.

 

Qeyd edək ki, ATƏT Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən, 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddəti isə 31 may 2015-ci il tarixində başa çatıb, bununla da, fəaliyyət dayanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR