Dünya Azərbaycanlı İş Adamlarının I Forumunda dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcək.

Dünya Azərbaycanlı İş Adamlarının I Forumunda dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcək.
17:07 13 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-29-da Bakıda keçiriləcək Dünya Azərbaycanlı İş Adamlarının I Forumunda dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcək. 
Diasporla İş üzrə Dövlət komitəsindən “Report”a verilən məlumata görə, tədbirə ən böyük nümayəndə heyəti ilə Rusiya Federasiyasından olan azərbaycanlı iş adamları qatılacaq. Bu ölkədən 40 nəfərdən çox nümayəndənini tədbirə dəvət olunması nəzərdə tutulub. Bundan başqa, Türkiyə, Almaniya, Ukrayna, Qazaxıstan xeyli sayda iş adamının Forumda iştirakı gözənilir.
Forumda kənd təsərrərüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, tekstil, bank sektoru və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları tədbirdə iştirak edəcək.
Azərbaycandan kənd təsərrüfatı, qida sektoru, tikinti və inşaat, neft, informasiya-kommunikasiya texnologiyaları (İKT), tekstil, tikiş, habelə digər sahələrdə çalışan iş adamlarının da forumda iştirakı gözlənilir.
Forumda ümumilikdə 300 nəfərdən çox nümayəndənin iştirakı planlaşdırılır. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkə iqtisadiyyatın real sektoruna, xüsusilə, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına sərmayə qoymağa çağırmışdı. Qurultayda aparılan müzakirələr zamanı Prezidentin tövsiyələrinə əsaslanaraq Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi təkilifi irəli sürülmüşdü. Prezidentin tövsiyələri əsasında hazırlanmış və Prezident Administrasiyası rəhbərinin 27 iyun 2016-cı il tarixli 95 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planın"nın 3-cü bəndində Bakıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısının keçirlməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://report.az/diaspor/dunya-azerbaycanli-i-s-adamlarinin-i-forumunda-dunyanin-33-olkesinden-160-a-yaxin-is-adami-istirak-ed

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR