Səfir Azərbaycan və Aİ arasında alt komitələr çərçivəsində dialoqun bərpa edilməsini alqışlayıb

Səfir Azərbaycan və Aİ arasında alt komitələr çərçivəsində dialoqun bərpa edilməsini alqışlayıb
17:27 13 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bu həftə Bakıda ticarət və iqtisadiyyat üzrə Azərbaycan-Avropa İttifaqı üç alt komitəsinin iclası keçirilib. Sabah da dördüncü alt komitənin iclası olacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Onun sözlərinə görə, bu iclaslar azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi aparmağa imkanı verir. Xanım diplomat həmçinin tərəflərin alt komitə çərçivəsində dialoqun bərpasından məmnunluğunu ifadə edib: "Müxtəlif sahələrdə konkret nəticələrə nail olacağımıza əminəm. İlin sonuna qədər energetika üzrə alt komitənin iclasının baş tutacağına ümid edirik".
Aİ və Azərbaycan arasında strateji əməkdaşlıq haqqında saziş bağlanılması üzrə danışıqların yeni hüquqi bazası barədə danışan M.Mard bildirib ki, bunun üçün Aİ-yə üzv bütün ölkələrin qərarı tələb olunur. "Bu məsələ ilə bağlı müzakirələr Brüsseldə davam etdirilir", - deyə o əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/sefir-azerbaycan-ve-ai-arasinda-alt-komiteler-cercivesinde-dialoqun-berpa-edilmesini-alqislayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR