Həmidə Ömərova yeni filmə çəkilir

Həmidə Ömərova yeni filmə çəkilir
17:36 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq Artisti Həmidə Ömərova “Aşura” adlı qısametrajlı filmdə çəkilir.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, filmin rejissoru Mehdi Yaqubov bildirib ki, ekran əsərində Aşura mərasimi haqqında səhnələr yer alıb. Həmidə Ömərova ekran əsərində yaratdığı obrazın dili ilə qızına və nəvəsinə bu mərasimlərlə bağlı məlumatlar verir.

Ssenari müəllifi bu filmdə insanları düşündürməyə çalışdığını bildirib. Ekran əsərində xalq artisti Həmidə Ömərova ilə yanaşı, aktrisalar Rada Nəsibova və Nigar Məmmədli də çəkiliblər.

Bu ekran əsəri rejissorun ikinci qısametrajlı filmidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR