Leninin cəsədinə “sui-qəsd” cəhdi: Qumbaralı, bıçaqlı, beşbarmaqlı silahlılar - FOTO

Leninin cəsədinə “sui-qəsd” cəhdi: Qumbaralı, bıçaqlı, beşbarmaqlı silahlılar - FOTO
17:38 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Keçmiş SSRİ-nin qurucusu Vladimir Leninin mavzoleyinin yanında xüsusi silah palatası var.

Publika.az xəbər verir ki, o, Qırmızı Meydanın yaxınlığındakı Lubyankada yerləşir.

Fotoda gördüyünüz silahlar həmin palataya məxsusdur. Silahlar Leninin mavzoleyini ziyarət etməyə gələnlərdən götürülüb. Onların arasında qumbara, “beşbarmaq”, istifadəsi qadağan olunmuş bıçaqlar və digər müxtəlif cür soyuq silahlar var.

Qeyd edək ki, silahlar Leninə xəsarət yetirmək üçün mavzoleyə gəlmiş insanlardan götürülüb.

Mavzoleyə qumbara gətirib buranı partlatmaq istəyən antikommunisti yenə də başa düşmək olar, qəribədir, “dahi” rəhbəri ziyarət adıyla Mavzoleyə bıçaqla, “beşbarma”la gələnlər Leninin nəşinə xəsarət yetirməkdən nə qazanacaqdılar?

Qeyd edək ki, Leninin nəşinə qarşı dəfələrlə “sui-qəsd” cəhdi olub. Onlardan biri hətta uğurla nəticələnib. Belə ki, bolşeviklərin repressiyasına məruz qalmış SSRİ vətəndaşlarından biri Mavzoleydə olarkən cibində gəzdirdiyi tapançanı çıxararaq rəhbərin nəşinə bir neçə dəfə atəş açıb. Şübhəsiz ki, bundan sonra onu birdəfəlik itiriblər.

Anar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR