"Tolerantlıq Simulyatoru" adlı interaktiv sərgi keçiriləcək

"Tolerantlıq Simulyatoru" adlı interaktiv sərgi keçiriləcək
17:42 13 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

21 oktyabr 2016-cı il tarixində saat 19:00-da "Art Villa" qalereyasında hər bir kəs Elşən İbrahimov tərəfindən hazırlanan və müxtəlif mədəniyyətlərə qarşı tolerantlıq dərəcəsini yoxlamaq imkanı verən "Tolerantlıq Simulyatoru" adlı interaktiv multimedia quraşdırma sərgisində iştirak edə bilər.

Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Culture and Management Lab" təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi" çərçivəsində reallaşdırılır. Layihə Arts Council Azerbaijan təşkilatı tərəfindən dəstəklənir.

Giriş pulsuzdur.

Dünyada müxtəlif mədəniyyətlərə aid olan insanlar məskunlaşıb. Onların hər biri digər xalqların mədəniyyətinə və ənələlərinə fərqli münasibət bəsləyirlər.

Bu gün dünyada digər mədəniyyətlərə qarşı münasibətin formalaşdırılmasında media böyük rol oynayır. Bəzən media fərqliliyə qarşı mənfi münasibəti təşviq etməklə, digər cəmiyyətlərə, xalqlara və mədəniyyətlərə qarşı ümumi qavrayışı formalaşdırır.
Tolerantlıq testi digər mədəniyyətlərə qarşı ayrı-ayrı şəxslərin mənfi münasibət dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Bu yolla fərdlər arasında açıqlıq və multikulturalizmə meyllilik dərəcəsini müəyyən etmək olar.

Tolerantlıq testi insanlara özünə və başqalarına kənardan baxmağa imkan verir. Bu, bir növ, müxtəlif icmaların, sosial qrupların və şəxslərin monitorinqi üçün psixoloji testdir.

Müəllif inanır ki, bu testdən keçməyi arzu edən hər bir kəs özü haqqında yeni şeylər kəşf edə bilər. Bu isə konsepsiyanın əsas məqsədidir.

Elşən İbrahimov

1991-1994, Əzim Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət Kolleci. 
1994-1998, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti , Tekstil, Qobelen, Bakalavr.
1998-2000 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Magistr.
2000-2003, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Muzeyşunaslıq, Aspirant.

Elşən İbrahimov rəsm, rəngkarlıq, qobelen, keramika, instalyasiya, performans, Body Art, fotoqrafçılıq, video incəsənət, interaktiv multimedia kimi incəsənətin müxtəlif janrlarında özünüzü sınamışdır.

3 yaşından bəri futbol, 4 yaşından isə şahmat və digər oyunlara böyük maraq göstərən İbrahimov özü də müxtəlif oyunlar icad edirdi. Bəlkə də, bu marağı onun yaradıcılığına təsir edib ki, rəssam son illərdə tamaşaçı ilə bir oyun şəklində quraşdırılmış interaktiv multimedia janrında işləməyə üstünlük verir.

İbrahimov 20-dən çox ölkədaxili və 20-dən çox beynəlxalq sərgilərdə, o cümlədən 52-ci Venesiya Biennalı sərgisində iştirak etmişdir.

Onun işləri Moskva, Kişinyov, Sankt-Peterburq, İstanbul, Ankara, London, Oslo, Budapeşt, Boston, Vaşinqton, Strasburq, Paris, Edinburqda şəxsi kolleksiyalarda yer alır. Onun qobelenləri, eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.

Ünvan: Art Villa qalereyası / Həsən Səyidbəyli küç 1
Ələvə məlumat üçün: Mob: +994 50 336 1006e-mail: elshan.i@innovamedia.az
İnformasiya dəstəyi- Trend.az, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR