Bakıda polis avtomobili qəzaya uğradı

Bakıda polis avtomobili qəzaya uğradı
17:42 13 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis idarəsinin avtomobili qəzaya uğrayıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Yasamal rayonu, Mətbuat prospektində baş verib.
Belə ki, "Hyundai" markalı avtomobil yüksək sürətlə gələrkən idarəetməni itirib. Bu zaman həmin maşın Yasamal Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilə çırpılıb.
Hadisə zamanı PPX-yə məxsus avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanıbmış.

Hər iki minik vasitəsinə ciddi ziyan dəyib.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR