Ekspertlər: Rusiyanın yeni büdcə siyasəti iqtisadi artımı əngəlləyəcək

Ekspertlər: Rusiyanın yeni büdcə siyasəti iqtisadi artımı əngəlləyəcək
17:47 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Rusiyanın 2017-ci il üçün büdcə siyasəti iqtisadi artımın olmamasına gətirib çıxaracaq. "Report"un "Gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, yerli ekspertlərin fikrincə, iqtisadi islahatların keçirilməməsi və yeni büdcə siyasəti iqtisadiyyatın parçalanmasına səbəb olacaq.
Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) valyuta məzənnəsi və inflyasiya səviyyəsinin 2017-2019-cu illərdə sabitliyini qorumağa çalışan Maliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırdıqdan sonra gələcək 3 il üçün ÜDM artımı proqnozunu əhəmiyyətli dərəcədə azaldıb.
Beləliklə, 2017-ci ildə iqtisadi artım maksimum 0,2%, 2018-ci ildə 0,9%, 2019-cu ildə isə 1,2% olması ehtimal edilir. İİN iqtisadi artımın əldə oluna bilməməsini Maliyyə Naziurliyinin büdcə siyasəti ilə əlaqələndirib. Belə ki, büdcə kəsirinin ÜDM-də xüsusi çəkisinin 1 bənd azaldılması üçün Maliyyə Nazirliyi inflyasiyanın 4% həddində, dolların məzənnəsinin isə 2017-ci ildə 67,5 RUB/USD olmasını təklif edib. Maliyyə naziri Anton Siluanov daha yüksək iqtisadi artım proqramı variantı ilə müqayisədə büdcəyə 200 mlrd. rubl (3,2 mlrd. dollar) gəlir gələcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəlki proqnozda İİN 4,9%-lik inflyasiya, 62,7 rubl/dollar - orta illik məzənnə fonunda 2017-ci il üçün iqtisadi artımı 0,8% səviyyəsində proqnozlaşdırıb.
2016- cı il büdcəsini sekvestrə hazırlayan hökumət xərcləri 300 mlrd. rubl (4,8 mlrd. dollar) artırmaq niyyətindədir. Sosial və investisiya xərcləri azaldılsa da, müdafiə xərcləri 600 mlrd. rubl (9,6 mlrd. dollar) artırılıb. Beləliklə, büdcə xərcləri 15,78 trln. rubl (250 mlrd. dollar) hədəfində dondurula bilməyərək 16,2 trln. rubl (257 mlrd. dollar) təşkil edib.
Ekspertlər hesab edirlər ki, iqtisadi artımın əksikliyi real gəlirlərin azalması fonunda demoqrafik risklər yaradır. 2019-cu ilə qədər əmək qabiliyyətli əhalinin 225 min nəfər azalacağı, 100 minə yaxın miqrantın əvəz edilə oluna bilinməyəcəyi bildirilir. İİN bu vəziyyəti ancaq istehsalın modernizasiyası ilə kompensasiya edilə biləcəyini xatırladıb. Maliyyə Nazirliyi investisiya xərclərini 2013- cü illə müqayisədə 3,5 dəfə azaldaraq yeni büdcə siyasəti həyata keçirməyi qərarlaşdırıb. Bu siyasətə görə, neft qiymətlərinin 40 dollar/bareldən yuxarı olması halında Rusiyanın valyuta ehtiyatları artmağa davam edəcək. 
Qeyd edək ki, analoji büdcə siyasəti Azərbaycanda da yeridilir. Gələn il üçün investisiya əsaslı dövlət xərclərinin 1,2 mlrd. manat (750 mln. dolalr) azaldılması və vergi daxilolmalarının artırılması Azərbaycanda da iqtisadi artımın qarşısını ala biləcək amillərdəndir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rusiyanin-2017-ci-il-budce-siyaseti-iqtisadi-artimi-engelleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR