Tailandda kralın ölümü ilə əlaqədar məmurlar üçün birillik matəm elan olunacaq

Tailandda kralın ölümü ilə əlaqədar məmurlar üçün birillik matəm elan olunacaq
17:52 13 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Tailand baş naziri Prayut Çan-Oça kral Phumipon Adulyadetin ölümü ilə əlaqədar məmurlar üçün birillik matəm elan edəcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, vəzifəli şəxslər üçün matəm artıq sabahdan etibarən qüvvəyə minəcək.
Bundan savayı, ölkənin bütün vətəndaşları üçün 30 günlük matəm dövrü qüvvədə olacaq. Bu müddətdə ölkənin bütün qeyd olunası bayramları bir aylığa təxirə salınacaq, bütün dövlət binalarında və məktəblərdə bayraqlar aşağı salınacaq.
Qeyd edək ki, Tailand kralı Phumipon Adulyadet bu gün 89 yaşında vəfat edib. IX Rama kimi də tanınan mərhum taxt-tac sahibi səltənətin başına 1946-cı il iyunun 9-dan keçmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/tailandda-kralin-olumu-ile-elaqedar-memurlar-ucun-birillik-matem-elan-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR