Lənkəran-Astara bölgəsinə TƏHLÜKƏ

Lənkəran-Astara bölgəsinə TƏHLÜKƏ
18:17 13 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər yağan yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsində artım müşahidə edilib.

Milli.Az bildiir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, dünən və bu gün ən çox artım Lənkərançayda qeydə alınıb. Ümumilikdə son bir necə gündə bu zonadakı çayların suyunun səviyyəsi 50-70 sm artıb.

A.Verdiyev əlavə edib ki, Lənkəran-Astara zonasında ən çox yağıntılar məhz oktyabr-noyabr aylarında müşahidə edilir. Bu aylarda intensiv yağışların yağması çaylarda qısamüddətli daşqınlara səbəb ola bilər.

A.Verdiyev qeyd edib ki, oktyabrın 14-də yağışların yağmasında kiçik fasilə yaranacaq. Ancaq ondan sonra gözlənilən yağışlar nəticəsində həmin ərazilərdəki çaylarda suyun səviyyəsinin artımının davam edəcəyi proqnozlaşdırılır, oktyabrın 15-dən sonra qısamüddətli daşqınlar da istisna olunmur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR