UEFA rəsmisi Bakıda - FOTO

UEFA rəsmisi Bakıda - FOTO
18:32 13 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda səfərdə olan UEFA-nın Klubların Lisenziyalaşdırılması və və Maliyyə "Fair Play" şöbəsinin rəhbəri Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Trend AFFA-ya istinadən məlumat verir ki, görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Daha sonra A.Traverso, E.Məmmədov və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə "Neftçi" PFK, "Qəbələ" İK, "İnter" PİK və "Qarabağ" FK-nın rəhbər şəxsləri arasında görüşlər keçirilib.

Görüşlərin əsas mövzusu Maliyyə "Fair Play" tələblərinin və Lisenziyaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub.

A.Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR