Avstraliyanın Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğu açılacaq

Avstraliyanın Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğu açılacaq
18:52 13 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı.14 oktyabr. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar.
Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Deputatlar burada Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılış mərasimində və Qərbi Avstraliyada Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilmiş Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. 
Səfər müddətində nümayəndə heyətinin parlament və hökumət üzvləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR