Hitlerə göbək atan türk rəqqasənin tənha həyatı - FOTO

Hitlerə göbək atan türk rəqqasənin tənha həyatı - FOTO
19:27 13 Oktyabr 2016
161 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın məşhur rəqqasəsi və agenti Mata Hari tarixin ən ziddiyətli insanlarından sayılır.

Türkiyənin "Mata Hari"si isə Emine Edalet Peedir. Milli.Az axşam.az-a istinadən onun haqqında Türkiyə mediasındakı son yazılardan birini təqdim edir.

Emine 1910-cu ildə İstanbulda anadan olub. Onun Türkiyənin yarandığı ilk dövrlərdən Cümhurriyət üçün işlədiyi məlumdur. Orta məktəb dövründə səhnə ilə tanış olan Emine 14 yaşında Almaniyaya köçüb və rəqsə orada davam edib.

Bir neçə il sonra əmisinin qaynı Henri Pee ilə evlənən rəqqasə onun soyadını götürür. Bir axşam səhnədə rəqs edərkən iki faşist zabiti məkana gəlir və Hitlerin təbliğat işlərinə baxan Goebbelsin onu görmək istədiyini deyirlər.

Emine təklifi qorxaraq qəbul edir və Goebbelsin yaşadığı villaya gedir. Burada zabit ona Almaniya üçün casusluq etməsini təklif edir. E.Edalet bu barədə düşünəcəyini deyərək oradan ayrılır. 1942-ci ilə qədər Almaniyadan Türkiyəyə gizli xəbərlər ötürən rəqqasə almanların təklifini rədd edir.

Əri öldükdən sonra Türkiyəyə qayıdan Emine orada çox qalmadan Berlinə dönür. O, Hitlerin güvəndiyi zabitlərdən olan Freqlayr ilə yaxın münasibət qurur. Bu yaxınlıq sayəsində o, Hitlerə yaxınlaşır və onun qarşısında rəqs edərək göbək atır. Həmin dövrdə Emine Türkiyənin ilk Milli Təhlükəsizlik Təşkilatının casusu kimi çıxış edir.

Qısa müddət sonra rəqqasə almanların Parisi işğal etmək istədiklərini Ankaraya xəbər verir. Bu məlumat tarixi önəm daşıyır, çünki heç kim almanların Parisi işğal planından xəbərdar deyildi. Türkiyə Parisdəki bütün türkləri zərər görməməli üçün geri çağırır.

Emine Adalet bir teatr turnesi zamanı Mustafa Kamal Atatürklə tanış olur. Hətta Atatürk onun rəqsinə görə Eminenin yanağından öpür. Yaxınlarının dediyinə görə, Emine bir həftə yanağını yumur. 70 yaşına qədər səhnələrdə olan E.Edalet Pee bir çox filmdə də yer alıb. Müğənni Zeki Müren Emine haqda "Ona aşiq olanlardan biri idim" deyib.

Çətin həyat tərzi keçirən Emine ömrünün son illərini tənha keçirib. 1985-ci ildə Darülcezedə tənha şəkildə dünyasını dəyişib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/479069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR