AzTV-nin müxbirinin oğurlanması xəbərinə MÜNASİBƏT

AzTV-nin müxbirinin oğurlanması xəbərinə MÜNASİBƏT
19:42 13 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) Ukrayna və Şərqi Avropa üzrə müxbiri Möhsüm Aslanov haqqında yayılan söhbətlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, kanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova modern.az-a açıqlamasında Ukraynada naməlum şəxslərin Aslanovu oğurlamaq istəməsi ilə bağlı xəbərləri təkzib edib: "Möhsüm Aslanovun haqqında yayılanların hamısı iftiradır. Elə bir şey yoxdur. Jurnalist işinin başındadır".

Xatırladaq ki, məlumatlara görə, bir neçə şəxs jurnalisti oğurlaya bilmədiklərinə görə Ukraynada yaşayan başqa soydaşlarımızı oğurlayıblar. Sözügedən informasiyalarda məhz bu səbəbdən Möhsüm Aslanovun işindən azad edildiyi qeyd edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR