Bakıda PPX avtomobili qəzaya uğrayıb

Bakıda PPX avtomobili qəzaya uğrayıb
21:23 13 Oktyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis idarəsinin avtomobili qəzaya uğrayıb. Hadisə Yasamal rayonu, Mətbuat prospektində baş verib.

Belə ki, "Hyundai" markalı avtomobil yüksək sürətlə gələrkən idarəetməni itirib. Bu zaman həmin maşın Yasamal Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı PPX-yə məxsus avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanıbmış.

Hər iki minik vasitəsinə ciddi ziyan dəyib.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (“Report”)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR