Yağışlı hava şəraiti bəzi ərazilərdə sürüşmə aktivliyini artırıb - VİDEO

Yağışlı hava şəraiti bəzi ərazilərdə sürüşmə aktivliyini artırıb - VİDEO
21:27 13 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağışlı hava şəraiti paytaxtın bir çox yerlərində sürüşmə aktivliyini artırıb.

Bunlardan biri də Masazır qəsəbəsində yerləşən Qır Gölünün ətrafındakı ərazidir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ərazidə inşa edilən evlərin kanalizasiya sisteminin olmaması sürüşmənin daha da genişlənməsinə şərait yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən verilən məlumata görə, sürüşmədən əlavə paytaxtın bəzi ərazilərində subasma hadisələri də qeydə alınıb.

Xidmətdən verilən məlumata görə, baş verən subasma və sürüşmə yerlərindəki aktivliklə bağlı monitorinqlərin nəticələri bütün aidiyyatı dövlət qurumlarına çatdırılır və tədbir görmək onların səlahiyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR