Boko Haram məktəbli qızları buraxdı

Boko Haram məktəbli qızları buraxdı
21:52 13 Oktyabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

Radikal islamçı təşkilat Boko Haramın Nigeriyada 2 il əvvəl qaçırdığı 200-dən çox məktəbli qızdan 21-i sərbəst buraxılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Nigeriya hökuməti açıqlamasında məsələ ilə bağlı Boko Haramla görüşün olduğunu bildirsə də, qızların necə azad olunması barədə isə heç bir detallı məlumat verməyib.
 
Lakin qızların məhkum mübadiləsi, yaxud fidyə müqabilində sərbəst buraxıldığı zənn olunur.
 
Qeyd edək ki, Nigeriyanın şimalında bir islam dövləti qurmağa çalışan Boko Haram 2014-cü ildə 276 məktəbli qızı qaçıraraq gündəmə gəlmişdi. Hal-hazırda Boko Haramın əsarəti altında neçə şagirdin olduğu bilinmir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR