Hörmət sahibi olmaq istəyirsənsə….

Hörmət sahibi olmaq istəyirsənsə….
22:52 13 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Həyatı duyar-duymaz özündə yaxşı xüsusiyyətlər tərbiyə et.
Öyrən gör yaxşı nədir, pis nədir.
Hörmətli olmağı yaxşı adamlardan öyrən.
Bilik öyrənməyə çalış, çünki bilikli adamlar hörmətli olar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, oxuyub öyrəndiklərinlə kifayətlənmə, daima öyrənməyə çalış.
Həyatına və biliyinə güvənmə, sənət də öyrənməyə meyl et.
Səmimi və mehriban olmağa çalış.
Kiçiklə kiçik, böyüklə böyük olmağa çalış.
İnsanlara qayğıyla yanaş.
Çox yuxarıdan gedib insanlara xor baxma.
Dost qazanmağa çalış.
İnanılmış və ləyaqətli adamlarla dostluq et.
Sağlamlığını qoru, ona zərər verəcək hər şeydən qaç.
Həyatını boş yerə təhlükəyə atma.
Yeri gələndə qoçaq ol, özünü qorxaq göstərsən insanların gözündən düşərsən.
Səbirli ol, çünki insanın başına gələn hadisələr dilindən və səbirsizliyindən gəlir.
Lazım gələndə qəzəbini udmağa çalış, hər şeyə soyuq başla nəzər salmağa çalış.
Unutqan olma, verdiyin sözə naxələf çıxma.
Heç zaman əmanətə xəyanət etmə.
Dilinin, əlinin, ürəyinin və cisminin təmizliyinə fikir ver.
Daima bədənini və ruhunu təmiz saxla.
Hər kəsin malına göz dikmə. Bir loxma çörəyini halallıqla qazan.
Başqalarının başına gələn pis hadisələrə sevinmə. Bu sənin ən pis xüsusiyyətin ola bilər.
Özünü ailənə bağla, bil ki, evdə içəcəyin bir stəkan çay özgənin sənə verəcəyi qonaqlıqdan şərəflidir.
Pis və bədxah fikirli insanlara qoşulma. Belələri səni arxasınca sürüklərsə, el gözündən düşərsən.
Halal qazancının dalınca qaç, halal qazancının qədrini bil.
Elin adət və ənənəsinə hörmət et, böyüksüz olma, yerini bilənlərdən ol.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR