Azərbaycanda ilk dəfə çörək festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə çörək festivalı keçiriləcək
23:12 13 Oktyabr 2016
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 20-də Beynəlxalq kulinariya günü münasibətilə Bakıda ilk dəfə "Çörək" festivalı keçiriləcək.

Azərbaycan Milli Kulinariya Mərkəzindən Milli.Az-a verilən məlumata görə, tədbirdə ölkəmizin 24 şəhər və rayonunu təmsil edən kulinarlar iştirak edəcək. Festivalda çörək və şirniyyatlardan ibarət sərgi də təşkil olunacaq.

Tədbirdə Azərbaycanla yanaşı, Qırğızıstan, Türkiyə, Ukrayna və başqa ölkələri təmsil edən kulinarların iştirakı gözlənilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR