ABŞ: "Yəməni yenə vura bilərik"

ABŞ: "Yəməni yenə vura bilərik"
23:37 13 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ raket hücumları baş verərsə Yəmənə yeni zərbələr endirməyə hazırdır.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ağ Evin nümayəndəsi Erik Şults jurnalistlərə bildirb.

Pentaqon daha əvvəl bildirmişdi ki, Amerika hərbi hava qüvvələri husilərin Qırmızı dəniz sahillərində nəzarət etdiyi ərazilərdə yerləşən radarlara zərbə endiriblər. ABŞ tərəfi bildirib ki, həmin radarlar onlara məxsus "Mason" və digər gəmilərin vurulması üçün istifadə olunmuşdu.
"Bizim zərbələrin məqsədi gələcəkdə ABŞ-ın gəmilərinə qarşı ola biləcək təhlükənin qarşısını almaqdır. Biz ehtiyyac olarsa istənilən raket zərbəsinə cavab verilməsinə hazırıq", - Şults bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR