Bakıda "Üzüm bağı" dəhşəti - Ruh çıxardan ana 5 yaşlı oğlunu öldürdü - VİDEO

Bakıda "Üzüm bağı" dəhşəti - Ruh çıxardan ana 5 yaşlı oğlunu öldürdü - VİDEO
23:42 13 Oktyabr 2016
203 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğlunun bədənindən pis ruhları çıxartmaq istədi, amma bu 5 yaşlı uşağın həyatı bahasına başa gəldi. Hadisə paytaxtın Yasamal rayonunda baş verib. "Üzüm bağı" adlı dini təriqətə inanan Nazilə Qulubəyova, oğlu Fərid Quluzadənin ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı boğularaq ölüb.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov faktı təsdiqləyir. Məlumata görə, bu icma ölkəmizdə qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərir:

"Üzüm bağı" adlı dini icma Dövlət Komitəsinə qeydiyyatla bağlı müraciət etmişdi. Lakin sənədlərində aparılan araşdrıma nəticəsində müvafiq qanun pozuntuları aşkarlanmış və geri qaytarılmışdır icmaya".

Milli.Az atv.az-a istinadən bildirir ki, ruh çıxartmaq, insanın bədəninə ruhun girdiyini iddia etmək günahdan başqa bir şey deyil. Dinimiz bu əməli bəyənmir, dəstəkləmir və bu əməllə məşğul olmağa çalışanları cahil adlandırır. İlahiyytaçı Surxay Məmmədli deyir ki, əgər dini təriqət ucbatından insan ölümü baş verirsə, bu cinayətə bərabərdir.

"Elə cərəyanlar, əqidələr meydana çıxıb ki, diriykən övladlarının ruhlarını guya daxildən çıxardırlar, təzələyirlər. Yeni bir ruh o bədənə dacil edirlər. Əslində bu günahdır. Əgər belə bir hallarla insan ölümü varsa, bu cinayətdir, yolverilməzdir".

Psixoloqlar bildirir ki, hər bir insanın boşluğa düşdüyü həssas zamanlar olur. Bu məqamda hansısa dini cərəyanın təsirinə məruz qalmaq da asanlaşır.

Qeyd edək ki, postsovet məkanında 20 ildən artıqdır ki, fəaliyyət göstərən "Üzümlük" sektasının mərkəzi Ukraynada yerləşir və onlar özlərini "Yevangeliya" (Ева́нгелие) kilsəsinə aid edirlər. Onların inancına görə, əgər uşaq xəstədirsə, deməli Allah tərəfindən lənətlənib. Pis ruhun çıxarılması məsələsi də burdan qaynaqlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR