Bakıda yanğın hadisəsi qeydə alınıb.
Milli.Az FHN-nin saytına istinadən bildirir ki, yanğın paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus "Peugeot" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az