Ancelinanın İŞİD haqda yazdıqları sosial şəbəkəni bir-birinə qatdı (FOTO)

Ancelinanın İŞİD haqda yazdıqları sosial şəbəkəni bir-birinə qatdı (FOTO)
00:28 14 Oktyabr 2016
177 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli aktrisa Ancelina Coli “FaceBook” səhifəsində İŞİD terrortəşkilatı ilə bağlı paylaşımı ilə sosial şəbəkədə böyük səs-küyə səbəb olub.

Publika.az sizinyol-a istinadən xəbər verir ki, aktrisa bu paylaşımı ilə özünün İŞİD-lə bağlı mövqeyini sərgiləyib. Amma bu mövqe bəzi təkfirçi qruplaşma tərəfdarlarının, o cümlədən müsəlmanları qəddar kimi tanıtdırmaq istəyənlərin ürəyincə olmayıb.

Aktrisa İŞİD təkfirçiləri ilə bağlı izlədiyi videodan sonra yazıb:

Dünən bir videoda İŞİD-çinin xristian ər-arvadın avtomobilini dayandırdığını izlədim.

Silahlı dedi: Siz müsəlmansınız?

Xristian kişi: Bəli.

Silahlı: Əgər həqiqətən müsəlmansınızsa, Qurandan bir ayə deyin.

Xristian kişi “İncildən” bir ayə oxudu. Bundan sonra İŞİD-çi silahlı onlara keçid icazəsi verir.

Təhlükə sovuşduqdan sonra qorxudan çətinliklə nəfəs alan xanım həyat yoldaşından soruşur ki, necə belə bir risk etdin?! Xanım əmin idi ki, terrorçu onların yalan danışdığını anlasaydı düşünmədən ikisini də öldürəcəkdi.
Kişi cavabında deyir: “Mən əmin idim ki, problem olmayacaq. Çünki bu silahlı ömründə Quran oxusaydı, dinc insanların qətliamı ilə məşğul olmazdı”.

Bundan sonra kişi xanımının alnından öpərək “Əmin ol ki, İŞİD-çilərin müsəlmanlarla heç bir əlaqəsi yoxdur”, söyləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR