Dünyada ən çox milyaderlər bu ölkələrdə yaşayır - SİYAHI

Dünyada ən çox milyaderlər bu ölkələrdə yaşayır - SİYAHI
01:23 14 Oktyabr 2016
179 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ən çox milyarderin olduğu ölkələrin adı açıqlanıb.

Bu barədə mərkəzi ofisi Şanxayda yerləşən biznes, iqtisadiyyat və araşdırma jurnalı "HurunReport"un açıqladığı məlumatda deyilir.

Bildirilir ki, Çində 594 milyarder iş adamı var. Siyahıda ikinci sırada isə 535 milyarder ilə ABŞ yer alıb.

Çin keçən il 596 milyarder ilə 537 milyarderə malik ABŞ-ı ilk dəfə geridə qoyaraq siyahıya başçılıq etmişdi.

Bu il hər iki ölkədə milayderlərin sayı 2 nəfər azalıb.

Ən varlı çinli isə 32,1 milyard dollar sərvəti olan əmlak maqnatı Vanq Jianlin olub. Milyarder amerikalıların siyahısına isə 75 milyard sərvətə malik Bill Qeyts başçılıq edir./axsam.az/

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR