Terrorçular silahdaşlarını daşıyan avtobusu partlatdılar: 20 ölü

Terrorçular silahdaşlarını daşıyan avtobusu partlatdılar: 20 ölü
02:39 14 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın Türkiyə ilə həmsərhəd Azaaz şəhəri yaxınlığında İŞİD-i dəstəkləyən “Cunud əl-Əqsa” radikal qruplaşmanın üzləri “Cəbhə ən-Nüsrə” terror qruplaşmasına keçən silahdaşlarının olduğu avtobusu partladıblar. APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində azı 17 nəfər ölüb.   

 

Qeyd edək ki, Suriyanın şimalında döyüşən “Cunud əl-Əqsa” iri radikal qruplaşması ötən bazar  “Cəbhə ən-Nüsrə” qruplaşması ilə birləşib. Lakin, məlumatlara görə, qruplaşmanın bütün üzvləri rəhbərlərin bu qərarını dəstəkləməyib.  

 

«“Cunud əl-Əqsa”-nın İŞİD-in tərkibində qalmaq istəyən üzvləri terror aktı törədərək, “Cəbhə ən-Nüsrə”yə qatılan silahdaşlarını öldürüblər», - deyə mənbə bildirib.     

 

Türkiyə mətbuatı hadisə nəticəsində 20-dən çox şəxsin öldüyünü bildirir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR