Messidən maraqlı tələb: Onu yığmaya çağırmayın!

Messidən maraqlı tələb: Onu yığmaya çağırmayın!
04:24 14 Oktyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Argentina millisinin kapitanı Lionel Messi baş məşqçidən maraqlı xahiş edib. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, “Barselona”nın hücumçusu Mauro İkardinin milliyə çağrılmamasını istəyib.

 

Belə ki, Leo digər argentinalı hücumçu Maksi Lopeslə konflikti olan İkardinin milliyə layiq olmadığını düşünür. İki oyunçu arasındakı məsələyə müdaxilə edən Messi o kapitan olduğu müddətdə “İnter”lini millidə görmək istəmədiyini bildirib.

 

Qeyd edək ki, Mauro İkardi Maksi Lopezin xanımı ilə münasibətdə olduğu üçün ikili arasında münaqişə yaranmışdı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR