Rafiq Hüseynov: "Qəti qərar vermək mümkün olmadı"

Rafiq Hüseynov: "Qəti qərar vermək mümkün olmadı"
15:05 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov yanvarın sonunda müayinə üçün yenidən Türkiyəyə yollanacaq
Bu barədə APA-ya R.Hüseynovun özü məlumat verib.

Onun sözlərinə görə, müalicənin sonrakı mərhələsi analizlərin cavabından asılıdır: “Növbəti dəfə müayinədən keçəndən sonra həkimlər qəti nəsə deyə biləcəklər. Sonuncu müayinənin nəticələri əsasında qəti qərar vermək mümkün olmadı”.

R.Hüseynov əlavə edib ki, axır vaxtlar səhhətindən şikayətçi olmasa da, bu gün özünü narahat hiss edib: “Ciddi mənada ağrılarım, narahatlığım olmur. Bu gün bir qədər özümü narahat hiss etdim, ona görə işə getmədim. Ümid edirəm ki, ayın sonunda analizlərin cavabı müsbət olacaq”.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR