Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə MDB-də beşinci yerdədir

Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə MDB-də beşinci yerdədir
08:58 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) novbəti Qlobal rəqabətqabiliyyətlilik hesabatını (Global Competitiveness Report) açıqlayıb.

Apa xəbər verir ki, hesabatda 138 ölkənin iqtisadi durumu, maliyyə riskləri, o cümlədən borc yükü qiymətləndirilir.

Hesabatda ölkələrin dövlət borclarının ÜDM-lərinə nisbətən reytinqi də yer alıb. Məhz bu nisbət ölkənin borcuna yeni borclanmaya yol vermədən xidmət edə bilib-bilməyəcəyinə proqnozlaşdırmağa imkan verir.

Bu nisbətə görə MDB ölkələri arasında ilk yeri 80,2%-lik göstərici ilə Ukrayna tutur. İkinci yerdə Qırğızıstan (68,8%), üçüncü yerdə Ermənistan (46,6%), dördüncü yerdə Moldova (42%), beşinci yerdə isə Azərbaycan (36,1%) qərarlaşıb. Tacikistan və Qazaxstan müvafiq olaraq 35,9% və 23,3% lə altıncı və yeddinci yerlərdə qərarlaşıb. Səkkizinci yerdə qərarlaşan Rusiyanın dövlət borcunun ÜDM-ə nisbəti 17,7% təşkil edir. Belarus,Türkmənistan, Özbəkistan kimi ölkələr üzrə informasiya yoxdur.

Bu göstərici üzrə reytinqin ilk onluğunda qərarlaşan ölkələr isə bunlardır:Yaponiya (248,1%), Yunanıstan (178,4%), Livan (139,1%), İtaliya (132,6%), Portuqaliya (128,8%), Yamayka (124,3%), Kabo-Verde (119,3%), Butan (115,7%), Kipr (108,7%), Belçika (106,3%).

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR