Çempionlar Liqasının ən yaxşısı seçildi

Çempionlar Liqasının ən yaxşısı seçildi
09:12 14 Oktyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

"Real Madrid" klubunun oyunçusu Kriştianu Ronaldu "Marca" və "La Gazzetta dello Sport" oxucularının səsverməsi ilə 2015-2016-cı ilin UEFA Çempionlar Liqası turnirinin ən yaxşı oyunçusu seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2015-2016-cı illin UEFA Çempionlar Liqası turnirində "Real Madrid" klubu finalda "Atletiko Madrid" klubuna qalib gələrək turnirin qalibi olub. Portuqaliyalı turnirdə 12 oyunda iştirak edərək, 16 qol vurub və turnirin bombardiri olub.

Mükafatı İspan qəzetinin direktoru Xuan İqnasio Qallardo və İtalyan qəzetinin direktor müavini Canni Valenti təqdim ediblər.

"Mənim arzum "Real Madrid"də oynamağa davam etməkdir. Bu klub mənim urəyimdədir", - Ronaldu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR