Portuqaliyalı futbolçu karyerasını bitirdi

Portuqaliyalı futbolçu karyerasını bitirdi
09:42 14 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya millisinin sabiq üzvü Uqu Viana karyerasını bitirib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son olaraq BƏƏ-nin "Əl-Vəsl" klubunda çıxış edən Viana 33 yaşında futboldan gedib. 

O, "Sportinq", "Nyukasl" və "Valensiya"dakı çıxışı ilə tanınıb. 

Uqu Viana "Sportinq"in heyətində Portuqaliya çempionatının və kubokunun, "Braqa" ilə birgə Portuqaliya Liqa Kubokunun qalibi olub. "Əl-Əhli"də isə Viana BƏƏ Liqa Kubokunu və ölkə Superkubokunu qazanıb. 

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi Portuqaliya yığmasında 33 oyun keçirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR