“Azneft” proqnozdan çox qaz hasil edib

“Azneft” proqnozdan çox qaz hasil edib
09:52 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 4,704 mln. ton neft hasil edilib.
İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, hesabat dövründə neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara tam əməl olunub.
Qeyd edilib ki, ilin 9 ayında qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 4,1 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 4,2 mlrd. kubmetrə bərabər olub. Plan 100,9% yerinə yetirilib: “Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. İlin ilk 9 ayı ərzində “Azneft” İB-nin sifarişi əsasında 43 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 78 min ton neft hasil edilib”.
Qeyd olunub ki, ötən 9 ayda fəaliyyətsiz quyu fondundan 55 quyu plana qarşı 77 quyu istismara qaytarılıb. Bu quyulardan 16,9 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 39,5 min ton neft alınıb ki, bu da plandan 22,6 min ton çoxdur: “Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 469 geoloji tədbir keçirilib, nəticədə 146 min ton neft hasil edilib ki, bu da plana qarşı 19 tədbir çox və 15,8 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 32,6 min ton plana qarşı 39,8 min ton neft hasil edilib”.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azneft-proqnozdan-1-cox-qaz-hasil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR