Media rəhbərləri Naxçıvanda

Media rəhbərləri Naxçıvanda
10:14 14 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

 Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb.

 

APA-nın məlumatına görə, iki günlük səfər çərçivəsində Bakıdan gedən 20 nəfərlik nümayəndə heyətinin Naxçıvan Mətbuat Şurası və digər media orqanları ilə görüşü, birgə tədbirin keçirilməsi, Naxçıvandakı mədəni-tarixi abidələrin ziyarəti nəzərdə tutulub.
Nümayəndə heyəti Naxçıvanda medianın vəziyyəti ilə maraqlanacaq, iş prinsipi ilə tanış olacaq.

 

Nümayəndə Heyətinin tərkibinə KİVDF icraçı direktoru Vüqar Səfərov, Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nağıyev, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Oxu məni” qəzetinin baş redaktoru Emil Axundov, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “Respublika” qəzetinin baş redaktor müavini Hümbət Musayev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, KİVDF-in əməkdaşı Samir Mustafayev, “Mövqe” qəzetinin əməkdaşı Zülfiyə Quliyeva daxildir. 

 
 
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR