"Qəbələ" ilə "İnter"in 36-cı dueli

"Qəbələ" ilə "İnter"in 36-cı dueli
10:17 14 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının II dövrəsinə səfərdə start verəcək “Qəbələ” VIII turda “İnter”in qonağı olacaq. Fanat.Az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşma rəqiblər arasında 36-cı görüş kimi tarixə düşəcək.

 


İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandaların oyunlarında 8 dəfə “qırmızı-qaralar”, 15 dəfə paytaxt təmsilçisi qalib gəlib. Digər 12 matçda heç-heçə qeydə alınıb. 77 qolun vurulduğu əvvəlki 35 dueldə bakılılar 49, qonaqlar 28 dəfə rəqib qapısına yol tapıb.

 


Bu 35 matçdan 33-ü Premyer Liqa, 2-si Azərbaycan kubokunda baş tutub. Çempionatda 7 qələbə qazanan “Qəbələ” 12 heç-heçə edib və 14 dəfə uduzub. Vurulan 70 qoldan 26-sı qəbələlilərin, 34-ü rəqiblərinin hesabındadır. Kubokda komandalar hərəyə 1 dəfə üstün olsa da, top fərqində “İnter” öndədir – 5:2.

 


Bakıda keçiriləcək 18-ci duelə qədər 3 dəfə səfərdən qələbəylə dönən Roman Qriqorçukun komandası 4 heç-heçə edib. 10 matçda meydan sahibləri seviniblər. 12 qol vuran “qırmızı-qaralar” 32 top buraxıb. “Qəbələ” evdəki 18 qarşılaşmada 5 dəfə qələbə əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda 8 dəfə bərabərliklə kifayətlənib.

 


Top fərqində qonaqlar minimal üstünlüyə malikdir – 17:16. Ümumilikdə isə “Qəbələ” son 4 oyunda uduzmayıb. Bundan başqa, son 3 dueldə “qırmızı-qaralar” qapısını toxunulmaz saxlayıb.

 


2006/2007 mövsümü

05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0

12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0

 

2007/2008 mövsümü

02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

 

2008/2009 mövsümü

30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0

06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

 

2009/2010 mövsümü

26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2

24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1

 

2010/2011 mövsümü

19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

 

2011/2012 mövsümü

23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

 

2012/2013 mövsümü

10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0

17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2

19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0

 

2013/2014 mövsümü

11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2

 19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

 23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4

 12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

 

2014/2015 mövsümü

10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2

16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

 

2015/2016 mövsümü

12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

 

2016/2017 mövsümü

12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0


(gabalafc.az)


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-il-quotnterquotin-36-c-dueli-t53321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR