Kino Akademiyası Ermənistanın filmini geri qaytardı

Kino Akademiyası Ermənistanın filmini geri qaytardı
10:22 14 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

'The Hollywood Reporter' saytı xəbər verir ki, Ermənistanın Kinematoqrafiya Elmləri Akademiyasının münsiflər heyətinə təqdim etdiyi film müsabiqədən çıxarılıb.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, xarici dilli film kateqoriyasından Oskar mükafatına təqdim olunmuş 'Zəlzələ' filminin müsabiqənin tələblərinə cavab vermədiyi deyilib.

Akademiyadan deyiblər ki, Ermənistana müsabiqəyə başqa film təqdim etməsi üçün imkan verilib.

Filmin geri qayrtarılmasına səbəb olaraq onun istehsalında həddən ziyadə çox sayda milliyyətcə rusun olması, əksinə, ermənilərin azlıq təşkil etməsi olub.

Filmi istehsal etmiş Moskva şirkəti Mars Media Akademiyaya təqdim etdiyi sənəddə bildirirdi ki, film Rusiya və Ermənistanın şərikli istehsalıdır.

'Biz hələ də ümid edirik ki, film siyahıya qaytarılacaq, - Mars Medianın rəhbəri Ruben Dişdişyan deyib. - Filmi istehsal edənlərin 90 faizi Ermənistan, Rusiya və Fransa erməniləridir'.

3 milyon dollara baş gəlmiş 'Zəlzələ' filmi 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş təbii fəlakətdən bəhs edir.

Sarik Andreasyanın çəkdiyi bu film Ermənistanın Oskar mükafatına təqdim etdiyi beşinci kino işi idi.

Bundan əvvəl Akademiyaya Natalya Belyauskenenin 'Əgər hər bir kəs...', Ruben və Vahe Gevorkyantsların 'Sehrbazın payızı', Hiner Salimin 'Limonlu araq' və Vigen Çaldıranyanın 'Sükutun simfoniyası' filmləri təqdim edilmişdi.

'The Hollywood Reporter' yazır ki, Ermənistanın sözügedən əvvəlki təqdimatlarının heç biri nominasiya edilməyib və mükafat qazanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR